Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Rusiyanın Ədliyyə Nazirliyi tərəfindən Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) dövlət qeydiyyatının ləğv edilməsinin qarşısının alınması məqsədi ilə Rusiya İctimai Palatasına müraciət ünvanlayıb.
Mia.az xəbər verir ki, müraciətdə Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) 2001-ci ildə Rusiya Prezidenti Vladimir Putin və ümumilli lider Heydər Əliyevin dəstəyi ilə yaradıldığı və təşkilatın bu müddət ərzində ikitərəfli əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verdiyi bildirilib.
Qeyd olunub ki, ikitərəfli əməkdaşlığımızın inkişaf etdirilməsində ÜAK üzvləri və Rusiyada yaşayan azərbaycanlıların rolu böyükdür.
Rusiya Federasiyası Ədliyyə Nazirliyinin ÜAK-ın ləğv edilməsi ilə bağlı Ali Məhkəməyə müraciət etməsi təəssüflə qarşılanıb.
Millət vəkili bildirib ki, sözügedən təşkilatın statusunun ləğvi Rusiya və Azərbaycan arasındakı bugünkü dostluq münasibətlərinə uyğun deyil.