Avropa yenidən terror hücumu ilə üz-üzə qalıb.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, bu dəfə İsveçin paytaxtı Stokholmda terakt olub.

Terrorçular bomba yüklü yük maşınını Stokholmun mərkəzi küçələrindən birindəki ticarət mərkəzinin üzərinə sürüblər.

"Reuters" agentliyi 3 nəfərin öldüyü, xeyli sayda yaralının olduğu barədə məlumat yayıb. Ölənlərin sayının daha çox olduğu istisna edilmir.

Hadisə yerinə xeyli sayda polis və təcili yardım maşını cəlb olunub.

Polis insanlara hadisə yerinə yaxınlaşmağa icazə vermir.