Bu gün Avropa Məhkəməsi 11 Azərbaycan vətəndaşının şikayəti üzrə qərar çıxarıb.

Mia.az xəbər verir ki, bu barədə tanınmış vəkil Əsabəli Mustafayev məlumat verib.

Onun sözlərinə görə, həmin ərizəçilər aşağıdakılardır:

"Səxavət Mehtiyev -  Mənəvi və maddi zərərə görə kompensasiya 6480 avro

Azər Sadıqov- 6480 avro

Osman Əhmədov - 6480 avro

Tuncay Quliyev - 6000 avro

Cavid Hacıbəyli - 6000 avro

Tural Sadıqlı- 6000 avro

Kamalə Xəlilova - 6000 avro

Orxan Əyyubzadə - 6000 avro

Vüsal Bayramov -8850 avro

Bu işlər üzrə ümumilikdə hüquqi xidmətə görə əlavə olaraq 9 400 avro ayrılıb.

Digər vəkillərin apardıqları daha iki iş üzrə də qərarlar elan olunub:

Xədicə İsmayılova – mənəvi ziyana görə 6000 avro+ hüquqi xidmətə görə 2000 avro

Cavid Qarayev - mənəvi ziyana görə 4000 avro+ hüquqi xidmətə görə 2000 avro".

Vəkil bildirib ki, ödəniləcək kompensasiyaların ümumi cəmi 81 690 avrodur:

"Beləliklə də bu günə qədər Avropa Məhkəməsinə göndərdiyim 325 şikayətdən qələbə ilə yekunlaşan işlərin sayı 106-ya çatdı. Bunlar hamısı İntiqam Əliyev məktəbinin məhsullarıdır".

Mia.az