Türkiyədə Konstitusiya dəyişikliyi referendumu çərçivəsində Bakıdakı səfirlikdə, Gəncə və Naxçıvandakə Baş Konsulluqda aprelin 9-da saat 09:00 – 21:00 arasında səsvermə keçiriləcək.
Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən Mia.az-a verilən məlumata görə, səsvermə prosesi saat 10:00 – 11:00 arasında mətbuata açıq olacaq.
Səsverməni müşahidə etmək istəyən mətbuat təmsilçiləri aprelin 6-da saat 18:00-dək 012 441 39 26 nömrəli telefona zəng edərək qeydiyyatdan keçə bilərlər.