"Terrorla sona qədər mübarizə aparmalıyıq".
Bu sözləri Rusiya Baş naziri Dmitri Medvedyev Sankt-Peterburq şəhərindəki terror aktı ilə bağlı danışarkən deyib.
"Əlbəttə bu, ölkəmiz üçün olduqca ağırdır. Lakin terrorla mübarizə sona qədər aparılmalıdır. Əks təqdirdə belə olaylar tez-tez baş verəcək. Terror aktını törədən kamikadze idi. Əlbəttə ki, bu kimi təxribatlar təkbaşına hazırlanmır. Əminəm ki, bu işdə əli olan hər kəs yaxalanacaq”, - Rusiya rəsmisi bildirib.
Xatırladaq ki, dünən Sankt-Peterburq metrosunun "Sennaya Ploşşad" stansiyasında qatarda törədilən partlayış nəticəsində 14 nəfər ölüb, 49 nəfər yaralanıb.
Axar.az