Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, tanınmış iqtisadçı Qubad İbadoğlu hərəkatın dövlət qeydiyyatına alınmaması ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Ədliyyə Nazirliyinə qarşı iddia qaldırıb.
Bu barədə Mia.az-a Qubad İbadoğlu məlumat verib.
Onun sözlərinə görə, iddia ərizəsinə bu ay baxılması gözlənilir..
Qeyd edək ki, ADR-in dövlət qeydiyyatına alınması ilə bağlı Ədliyyə Nazirliyinə bir neçə dəfə müraciət edilsə də, nazirlik hərəkatı qeydə almaqdan imtina edib.