Sankt-Peterburq şəhərində metronun "Sennaya Ploşad" stansiyasında baş verən partlayışla bağlı rəsmi açıqlama verilib.
Mia.az xəbər verir ki, Rusiya Milli Antiterror Komitəsi terror hadisəsi nəticəsində ölənlərin 9, yaralananların isə 20 nəfər olduğunu bəyan edib.
Qeyd edək ki, hadisə baş verəndən az sonra Rusiyanın bəzi məsul şəxsləri partlayış nəticəsində 10 nəfərin öldüyü, 50 nəfərin yaralandığı haqda açıqlama vermişdi.
Mia.az