İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan ?Bakılı qız?, ?Oskar?, ?Joker?, ?Don Maximus?, ?İceland?, ?Çiyələkli? adlı 3,4 ton dondurmanın məhv edilməsi barədə ?Camal? LTD şirkətinə icrası məcburi göstəriş verilib. Nazirliyin mətbuat xidmətindən MİA-ya verlən məlumata görə, göstərişin icrası ilə əlaqədar, müəssisənin anbarında satışı dayandırılmış 3,4 ton dondurma qanunvericilikdə müəyyən edilmiş qaydada məhv edilib. Dövlət Xidməti tərəfindən ?Camal? LTD şirkəti barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işlə bağlı araşdırmalar davam etdirilir.