?İnanırıq ki, Avropa Şurasının Azərbaycan üzrə təyin olunmuş yeni məruzəçisi öz fəaliyyətində obyektiv olacaq?. Bu fikirləri Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Gültəkin Hacıbəyli deyib. G.Hacıbəyli bildirib ki, Azərbaycan Avropaya inteqrasiya yolunu seçib və bu istiqamətdə də əhəmiyyətli addımlar atıb. Onun sözlərinə görə, ölkəmizin inkişafı, Avropanın enerji təhlükəsizliyində oynadığı rol Avropa Şurasında da yüksək dəyərləndirilir. Azərbaycanın Avropa Şurası qarşısında götürdükləri öhdəlikləri yerinə yetirdiyni deyən nümayəndə heyətinin üzvü yeni həmməruzəçinin ölkəmizdəki proseslərə obyektiv yanaşacağına ümid etdiyini bildirib.