İlham Əliyevin imzaladığı sərəncamla Zakir Arif oğlu Həşimov Azərbaycan Respublikasının Türkiyə Respublikasında və Makedoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb və Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Dövlət başçısının digər sərəncamı ilə Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.