Bu gün ADP-nin Mərkəzi Qərargahında ADP sədri Sərdar Cəlaloğlu və AXCP sədri Əli Kərimli arasında görüş keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə ?Azadlıq? bloku ilə ADP-nin qarşıdan gələn parlament seçkiləri zamanı vahid seçki bloku ilə çıxış etməsinin perspektivləri ətrafında ilkin müzakirələr aparılıb. Müzakirələr zamanı Azərbayjanın milli maraqları baxımından qarşıdan gələn parlament seçkilərində müxalifət partiyalarının birlikdə iştirakının vacibliyi bir daha vurğulanmış və müzakirələrin davam etdirilməsi qərara alınıb. Görüşdə ADP Ali Məclisinin sədri Vaqif Şirinov və partiya sədrinin müavini Taliyət Əliyev də iştirak edib.