Iqbal Ağazadə ilə Nikolas Kaçarovski arasında görüz olub
İyunun 23-də Ümid Partiyasının sədri İqbal Ağazadə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüqurları Bürosunun Seçkiqabağı Qiymətləndirmə Missiyasının rəhbəri Nikolas Kaçarovski ilə görüşüb.
Görüşdə Nikolas Kaçarovski Ümid Partiyasının qarşıdan gələn parlament seçkilərinə hazırlığı və ölkədəki seçki öncəsi vəziyyətlə maraqlanıb.
Ümid Partiyasının sədri İqbal Ağazadə partiyada parlament seçkilərinə hazırlığın hələ ilin əvvəlindən başladığını və bu istiqamətdə görülən işlərin qənait-bəxş olduğunu, artıq 73 dairə üzrə Ümid Partiyası namizədlərinin müəyyən olunduğunu cənab Nikolas Kaçarovskinin diqqətinə çatdırıb. Ölkədəki seçki öncəsi vəziyyətin demokratik və ədalətli seçki keçirmək üçün qənait-bəxş hesab etmədiyinibildirən İqbal Ağazadə xususilə də Seçki Məcəlləsinə edilən sonuncu dəyişiklikləri geriyə doğru atılmış addım kimi qiymətləndirib. Eyni zaman da vətəndaşların sərbəst toplaşmaq huququnun məhdudlaşdırılmasınıda seçki öncəsi mühitə mənfi təsir etdiyini söyləyib.
Həmçinin beynəlxalq təşkilatların o cümlədən də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüqurları Bürosunun müşahidəçilik missiyasınının Azərbaycanda keçirilən seçkilər prosesindəki əhəmiyyətini vurğulayıb.
Görüşdə qarşıdan gələn parlament seçkiləri ilə bağlı Ümid Partiyası ilə ATƏT arasında gələcək əməkdaşlığın perspektivləri barədə də müzakirələr aparılıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51