AiDP Azərbaycanda ABŞ hərbi bazasının yerləzəcəyindən narahatdır
AİDP ABŞ-ın Qırğızıstandakı "Manas" hərbi bazasını Bakının əvəz edəcəyindən naratdır. Bu barədə partiyanın sədri hacı Tahir Abbaslı məlumat verib.
Onun sözlərinə görə, Qırğızıstanda və dünyada baş verən ictimai-siyasi və hərbi proseslər bu prosesi sürətləndirir: ?Əsas səbəb isə Azərbaycan parlamentinin təsdiq etdiyi yeni hərbi doktrinadır. Doktrina xarici bazaların ölkə ərazisində yerləşdirilməsinə imkan verirdiyindən Azərbaycanın istəyindən və etirazından aslı olmayaraq bu proses baş tuta bilər. Biz hesab edirik ki, parlamentdə səs çoxluğu ilə qəbul edilmiş bu sənəd Azərbaycanda "xarici hərbi bazaların yerləşdirilməsinə" beynəlxalq razılaşmalar çərçivəsində icazə verməsi Azərbaycanı daha çətin vəziyyətə saldığından, bir daha parlamentdə müzakirəyə qaytarılmalıdır. Qırğızıstanda baş vürən son qanlı olaylar "Manas" hərbi bazası ilə bağlı olduğundan Azərbaycan hakimiyyəti daha dəqiq qərarlar qəbul etməlidir?.
T.Abbaslı qeyd edib ki, Azərbaycan vasitəsilə Əfqanıstana hərbi sursat aparılması və bu sursatla qırğınlar törədilməsi Azərbaycanın beynəlxalq nüfuzuna ciddi zədələr vura bilər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50