Fransanın paytaxtı Parisdə yerləşən Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankının ofislərində partlayış olub.
Mia.az xəbər verir ki, ofislərə göndərilən bağlama açılarkən, bu hadisə baş verib.
Hadisə nəticəsində bir nəfərin yaralandığı bildirilir.
Fransa polisi partlayışdan dərhal sonra böyük əməliyata başlayıb. Bağlamanın haradan və kim tərəfdən göndərildiyi araşdırılır.
Mia.az