Türkiyə Hollandiya ilə diplomatik əlaqələri dayandırdı.

Bu barədə qərar Türkiyə Nazirlər Kabinetinin gecə başa çatan iclasında qəbul olunub.

Baş nazirin müavini Numan Kurtulmuş Ankaranın Hollandiyaya hansı məhdudiyyətlər qoyacağına aydınlıq gətirib.

Kurtulmuş bildirib ki, Ankaranın tələbləri yerinə yetirilməyənə qədər:

– Hazırda xaricdə olan Hollandiya səfiri Türkiyəyə buraxılmayacaq;

– Hollandiya ilə yüksək səviyyəli əlaqələrə son qoyulacaq;

– Bu ölkənin diplomatlarının Türkiyəyə rəsmi səfərlərinə icazə verilməyəcək;

– Diplomatik səviyyəli uçuşlara icazə verilməyəcək;

– Türkiyə Böyük Millət Məclisi ilə Hollandiya Parlamenti arasında Dostluq Qrupunun Türkiyə hissəsi ləğv ediləcək.

Numan Kurtulmuş əlavə edib ki, Hollandiyanın Türkiyəyə qarşı etdikləri nə insan haqları, nə demokratiya, nə də Avropa dəyərlərinə uyğundur.

Mia.az