"Türkiyə Rusiyadan S-400 müdafiə sistemini alarsa, "regionun rəisi” olacaq".
Bu fikirləri Rusiyanın hərbi eksperti və Milli Müdafiə nəşrinin baş redaktoru İqor Korotçenko deyib.
"S-400 hazırda dünyanın ən güclü təsir imkanlarına malik modern silahıdır. Türkiyə bu silahları alarsa, rusiyalı texnoloqlar türk həmkarlarına yardımçı olacaqlar. Bu sistemlər uzaqmənzillidir. Türkiyə öz hava məkanını tamamilə müdafiə edə bilər”, - ekspert bildirib.
Agyol.az