İstanbulun Böyükçəkməcə hissəsində Rusiyalı biznesmenlərin olduğu "Sikorsky S-76" helikopteri  qəzaya düşüb.

Mia.az xəbər verir ki, hadisə nəticəsində helikopterdə olan 7 nəfər ölüb:

"Ölənlərdən 4-ü Aleksandr Vanin, İqor Koçerqin, Lyudmila Çurova və Elena Badraqa Rusiya vətəndaşalrıdır. Qəzada ölən digər adam isə Türkiyənin böyük şirkətlərindən olan "Eczacıbaşı Group"un Rusiya üzrə baş direktorudur. 2 nəfər isə polit və yardımçısı olub".

Helikopterin havaya qalxandan 6 dəqiqə sonra qəzaya uğramasına qatı dumanın səbəb olduğu bildirilir.