Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının növbəti toplantısı keçirilmişdir. Toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, 24 iyun 2010-cu il tarixində Türklük günü münasibətilə milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin məzarını ziyarəti saat 10.00-dan saat 09.00-a keçirilib. 23 iyun 2010-cu il tarixində saat 17.00-da KXCP-nin qərargahında Əbülfəz Elçibəyin anadan olmasının 72-ci ildönümü münasibətiylə anım tədbirini keçirmək qərara alınıb. DUİ SŞ seçki siyahıları və DUİ-Müsavat məsləhətləşmələri ətrafında müzakirələr apararaq bir sıra seçki dairələrində namizədlərin müəyyənləşdirilməsi istiqamətində razılaşmalar əldə olunub. DUİ SŞ-da birgə küləvi aksiyalarla bağlı geniş müzakirələr aparıb və müzakirədə səslənən fikirləri nəzərə almaqla 03 iyul 2010-cu il tarixində növbəti etiraz aksiyası elan olunub. Toplantıda DUİ-yə daxil olan ? Klassik Xalq Cəbhəsi , Azadlıq, Böyük Azərbaycan, Xalq və Milli Qurtuluş partiyalarının rəhbərləri iştirak edib.