ABŞ prezidenti Donald Tramp narazılıqlara baxmayaraq, az əvvəl miqrasiya ilə bağlı yeni fərman imzaladı.
Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Trampın yeni fərmanı ilə 6 müsəlman ölkəsinin - İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasına yenidən qadağa tətbiq olunub.
Yada salaq ki, bunadən əvvəlki fərmana əsasən, bu siyahıda İraq vətəndaşları da vardı. Lakin yeni fərmanda bu ölkə vətəndaşları ilə bağlı qərar qaldırılıb.