Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclis sədri Zəlimxan Məmmədli partiyada tutduğu vəzifədən istefa verib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Zəlimxan Məmmədlinin özü məlumat verib. Z.Məmmədli bu qərarının son günlər ona qarşı yönələn ittihamları, partiya üzərinə gələn basqılara son vermək üçün atdığını deyib; ?Elçibər-Rəsulzadə yolunun zədələnməməsi üçün Ali Məclis sədrliyindən istefa verirəm. Qoy Arif Hacılılar, İsa Qəmbərlər rahat olsunlar. Amma biz hökmən görüşəcəyik?. Qeyd edək ki, Z.Məmmədlinin Borçalı Cəmiyyətinin Gürcüstanda keçirdiyi aksiya zamanı Heydər Əliyevin abidəsi önunə əklil qoyması müxalif düşərgədə narazılıqla qarşılanmışdı.