Amerikalı tələbələr üçün ?Plov Günü? keçirildi
İyunun 18-də Azərbaycan Dillər Universitetində (ADU) ?Plov günü? keçirildi. Tədbirin əsas məqsədi ADU-da Yay məktəbi keçmək üçün gəlmiş 8 nəfər amerikalı tələbəyə Azərbaycanın milli mətbəxi, mədəniyyəti haqqında məlumat verməkdən ibarət idi. Plov gününü giriş sözü ilə tədbirin təşəbbüskarı və təşkilatçısı Regionşünaslıq kafedrasnın müdiri dosent Sevdagül Əliyeva açdı. O Azərbaycanın milli mətbəxinin incisi olan plovdan, onun növlərindən, bişirilmə və yemək xüsusiyyətlərindən danışdı. Tədbirdə 9 növ azərbaycan plovu bişirilmişdi. Sonra hazırlanmış plov çeşidləri amerikalı tələbələrə təqdim olundu.
Qeyd edək ki, ABŞ-ın müxtəlif universitetlərini təmsil edən 8 tələbə ADU ?da Yay məktəbi keçir. Yay məktəbinin əsas məqsədi amerikalı tələbələrə Azərbaycan dilini öyrətmək və dil biliklərini inkişaf etdirməkdən ibarətdir. Azərbaycan dilini öyrənməklə yanaşı onlar Azərbaycanın mədəniyyəti, tarixi, adət-ənənələri ilə yaxından tanış olacaqlar.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47