Rəsmi Bakı NATO-ya üzv olmağı prioritet hesab eləmir. Bunu, Xarici İşlər Nazirliyinin nümayəndəsi Emin İbrahimov ?NATO və Azərbaycan arasında tərəfdaşlığın perspektivləri, Azərbaycan ictimaiyyətinin gözləntiləri? mövzusunda Bakıda keçirilən konfransda bildirib. Amma o qeyd edib ki, Azərbaycan NATO ilə tərəfdaşlığa önəm verir və bu qurumla əməkdaşlığı davam etdirir. Onun sözlərinə görə, NATO standartları yoxdur, bu quruma daxil olan ölkələrin milli standartları var.