Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə yeni üzv seçiləcək.

"Report"un xəbərinə görə, məsələ parlamentin martın 7-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Komitəyə deputat İqbal Məmmədovun üzv seçiləcəyi gözlənilir.

Qeyd edək ki, MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadədir.