Sabah Səfurə Əlizadənin diskinin təqdimatı keçiriləcək
Azərbaycanın gənc müğənnisi Səfurə Əlizadə Almaniyada səfərdədir. Müğənninin rəsmi saytına istinadən bildirilib ki, o, bu səfər çərçivəsində İsveçdə yeni işıq üzü görən ?It?s my war? diskinin təqdimatınını da keçirəcək.
Təqdimat mərasimi iyunun 18-də nəzərdə tutulub. Xatırladaq ki, iyunun 14-də müğənni Almaniyanın yüksək reytinqli tele-şoularından birinin çəkilişində iştirak etmişdir. Bu veriliş efirə gələn həftə gedəcək.
Onu da əlavə edək ki, ?Eurovision-2010? müsabiqəsində beşincilik qazanan Səfurə Əlizadənin ?Drip drop? mahnısı Almaniyanın tanınmış ?Viva Germany? televiziya kanalında 100 ən yaxşı mahnı arasında birincidir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47