Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında müğənni Teymur Əmrah ?Ürəyimdə xatirələr oyandı? solo-konsert proqramı ilə çıxış edib. Flora Kərimovanı özünə ustad sayan muğənni ondan çox şey öyrəndiyini diqqətə çatdırıb. Müğənni konsertdə ?Ay qız?, ?Liman?, ?Bağışla?, ?Gəl barışaq?, ?Darıxmışam?, ?Nə bəxtiyardır?, ?Gözüm yoldadır?, ?Sevgimiz elə bu qədərmiş?, ?Eşqimə şahid zaman?, ?Əlvida?, ?Uzaq Yaşıl ada?, ?Gecələr bulaq başı? və digər retro mahnıları səsləndirib, konserti Müslüm Maqomayevin ?Azərbaycan? mahnısı ilə başa vurub.