"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo dayanıqlı deyil”.
 
Bu sözləri Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Brüsseldə səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

O bildirib ki, münaqişə tez bir zamanda beynəlxalq hüquqa əsasən siyasi yolla  həll olunmalıdır:

 "Bu münaqişənin hərbi yolla həlli yoxdur. Avropa İttifaqı ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini dəstəkləməyə davam edir”.

APA