"25 il əvvəl işğal olunan Xocalıda erməni cinayətkar dəstələrinin vəhşicə qətlə yetirdiyi soydaşlarımıza Allahdan rəhmət diləyirəm”.
Bunu Türkiyənin baş naziri Binəli Yıldırım özünün "twitter” səhifəsində yazıb.
Baş nazir 1992-ci il fevralın 26-da Xocalı soyqırımının törədildiyini xatırladıb.
Yıldılrım "yerə-göyə sığışmayan acı – Xocalı qətliamı” başlıqlı statusunda "o gün azərbaycanlı mülki şəxslər erməni cinayətkar qruplar tərəfindən vəhşicəsinə qətlə yetirildi. Bu qətliam Türk millətinin ortaq dərdidir” - deyə, bildirib.
APA