Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsi "Büdcəyə əlavə və dəyişikliklərlə bağlı" qanun layihəsini müzakirəyə çıxaracaq. Büdcənin dürüstləşməsi ilə bağlı sənədə isə parlamentin növbədənkənar sessiyasının iyunun 18-də keçiriləcək iclasında baxılacaq. Qeyd edək ki, iyunun 18-də keçiriləcək iclasda Seçki Məcəlləsinə əlavə və dəyişikliklər də müzakirə ediləcək.