Türkiyənin Tehrandakı səfiri Reza Hakan Təkin İranın Xarici İşlər Nazirliyinə çağırılıb.
Buna səbəb Türkiyə rəhbərliynin Münhen konfransında İranla bağlı çıxışları olub.
İran XİN-nin mətbuat katibi Bəhram Qasemi deyib ki, "əgər Türkiyə İran barəsində yenə də istehzalı bəyanatlar verməyə davam edərsə, rəsmi Tehranın tezliklə səbri daşa bilər".
Qeyd edək ki, Fevralın 19-da 53-cü Münhen Təhlükəsizlik Konfransında çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İranı bölgədə şiəçiliyi və dini sektaçılığı yaymaqda günahlandırıb.
modern.az