Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaliy Çurkin vəfat edib.

Bu barədə Rusiya XİN-i açıqlama yayıb.

Onun fevralın 20-də Nyu-Yorkda vəfat etdiyi bildirilir. Vitaliy Çurkin 65 yaşına bir gün qalmış dünyasını dəyişib. 

V.Çurkin 2006-cı ildən Rusiyanın BMT-dəki daimi nümayəndəsi  olub, həmçinin ölkəsini və BMT Təhlükəsizlik Şurasına təmsil edib.

***

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaliy Çurkinin ölümünə səbəb ürəyində yaranan problem olub.
 
Bu barədə "New York Post” qəzeti məlumat verib.
 
Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Vladimir Safronkov onun iş yerində özünü qəflətən pis hiss etdiyini bildirib. Onun sözlərinə görə, hospitala çatdırılan diplomatın həyatını xilas etmək mümkün olmayıb. 

APA