ATƏT Parlament Assambleyasının vitse-prezidenti, deputat Azay Quliyev qurumun fevralın 23-24-də Vyanada keçiriləcək 16-cı qış sessiyasında iştirak edəcək.
Mia.az xəbər verir ki, bu barədə Azay.Quliyev "Tvitter”də xəbər verib.
Məlumata görə, qış sessiyasında ilk olaraq Daimi Komitənin iclası keçiriləcək. Plenar iclasda "Böhran dövründə insan hüquqlarının qorunması” mövzusunda xüsusi debat da təşkil olunacaq.
Sessiya çərçivəsində ATƏT-in sədri və Avstriyanın xarici işlər naziri Sebastian Kurtsun, ATƏT PA-nın prezidenti Kristin Muttone və ATƏT PA-nın baş katibi Roberto Montellanın məruzələri dinləniləcək.
Daimi Komitənin iclasında ATƏT PA-nın Əsasnaməsinə əlavə və dəyişikliklər olunması məsələsi də müzakirə olunacaq.