Avropa-Azərbaycan Cəmiyyətinin Diaspora departamentinin rəhbəri Orxan Amaşov CBC telekanalının "Sözün açığı" ("Frankly speaking") ingilis dilində yayımlanan verilişinin qonağı olub.

Mia.az eurasiadiary.com-a istinadən xəbər verir ki, Orxan Amaşov Brexit-dən sonra Böyük Britaniya Avropa Birliyi əlaqələrinin gələcəyini, Britaniyanın öz daxilində proseslərin hansı axarla cərəyan etdiyini şərh edib. 
 
Qeyd edək ki, O. Amaşov Böyük Britaniyada, Londonda University College London-da hüquq fəlsəfəsi ixtisası üzrə təhsil alıb. 

Qısa məlumat üçün deyək ki, əsası 1826-cı ildə qoyulan universitet Londonun ən qədim təhsil ocağıdır. Dünya reytinqində 4-cü pillədə qərarlaşan universitet anqlo-sakson məkanında unikal mövqeyə malikdir. İngiltərədə ilk dəfə tələbələri dini, cinsi, irqi və siyasi ayrı-seçkilik olmadan qəbul edib. Universitetin məzunları içərisində 30-dan çox Nobel mükafatçısı var.