Bir neçə gün əvvəl Malayziyanın Kuala-Lumpur hava limanında sui-qəsdlə öldürülən KXDR lideri Kim Çen Inın ögey qardaşı Kim Çen Namın ölüm anı ilə bağlı video yayılıb.
Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, fevralın 14-də sui-qəsdə uğrayan Koreya liderinin qardaşı hava limanında məhz bu qadın tərəfindən zəhərlənib.
Yeri gəlmişkən, dünya mediasında bu hadisənin Koreya liderinin özü tərəfindən təşkil edildiyi bildirilir. İddia olunur ki, Kim Çen ögey qardaşının onun postuna iddialı olmasından ehtiyatlanaraq, belə bir əməli həyata keçirtdirib...
Lakin videodan aydın görünən Siti Ayişah adlı qadın etdiyi hərəkəti bir zarafat sayıb: "Mən bunu bir zarafat olaraq elədim. Buna qədər də bir neçə dəfə belə zarafatlar etmişəm".
Mia.az həmin anın videosunu da təqdim edir: