Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Qırğızıstanda baş verən hadisələrlə bağlı bəyanat yayıb. BAXCP mətbuat xidmətindən verilən məlumata görə, partiya rəsmi Bakını Qırğızıstana sülhməramlı qüvvə göndərilməsi təşəbbüsü ilə çıxış etməyə çağırıb. Partiyanın bəyanatında Azərbaycan və Türkiyə, həmçinin digər türk dövlətlərinin bu prosesdə iştirak etməsi üçün danışıqlara başlaması, Qırğızıstan dövlətçiliyinin və qırğız xalqının bu ağır vəziyyətdən çıxış yolu tapmasına yardım göstərməsi təklif olunub. BAXCP hesab edir ki, belə tarixi sınaq anlarında türk xalqları və onların qurduğu dövlətlər bütün potensialı ilə bir-birinə dəstək verməli və gerçək Türk birliyinin yaranması üçün əməli addımlar atmalıdırlar.