"NATO ilə ABŞ arasında əməkdaşlığın zəifləməsi bu alyansın etibarını sarsıdacaq və yəqin ki, özünün ölümünü ifadə edəcək”.

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen Münhen Təhlükəsizlik Konfransında belə açıqlama ilə çıxış edib. O qeyd edib ki, ABŞ prezidenti Donald Tramp NATO ilə əməkdaşlığı zəiflədəcəksə, bu, təhlükəli olacaq. "ABŞ öz öhdəliklərinə tərəfdar çıxmasa, NATO məhv olacaq”-deyə o bildirib.

Qeyd edək ki, Tramp bundan əvvəl NATO-nu köhnəlmiş təşkilat adlandırmışdı(modern.az).