Ermənistan xarici işlər naziri Edvar Nalbandyan fevralın 21-22-də Rusiyaya səfər edəcək.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. 
 
O, səfər çərçivəsində E. Nalbandyanın rusiyalı həmkarı Sergey Lavrovla görüşəcəyini söyləyib. M. Zaxarova qeyd edib ki, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunacaq.