Bu gün Milli Məclisin iclasında "Hərbi vəziyyət haqqında” qanun layihəsi 2-ci oxunuşda müzakirəyə çıxarılıb.
Deputat Fazil Mustafa qanun layihəsindəki "faktiki işğal olunduqda” ifadəsinə etiraz edib. "Məgər virtual işğal da olur? İşğal işğaldır da”- deyə Fazil Mustafa bildirib.
Milli Məclis sədrinin birinci müavini Zifayət Əsgərov isə ona belə cavab verib: "Konstitusiyanın 111-ci maddəsinə diqqət etmək lazımdır. Orada qeyd olunur: "…Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktiki işğal olunduqda...”. Ardı da var. Başınız qarışıb bədii ədəbiyyata, hüquq yadınızdan çıxıb”.
modern.az