Bu gün Xarici işlər naziri Elmar Məmmədyarov Latviyanın xarici işlər naziri Edqar Rinkeviçs ilə görüşüb.
Mia.az XİN-ə istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Latviya və Azərbaycan-Avropa İttifaqı münasibətlərinin hazırkı səviyyəsi, gələcək inkişaf perpektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə "Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi” haqqında saziş imzalanıb.