MM-də ?investisiya fondları haqqında? qanun layihəsi müzakirə edilib
Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib. İclasda ?İnvestisiya fondları haqqında? qanun layihəsi müzakirə edilib. Komitənin sədri Ziyad Səmədzadə bildirib ki, bu qanun Azərbaycan Respublikasında investisiya fondlarının təşkili, idarə edilməsi və ləğv edilməsi prinsiplərini, qaydalarını və normalarını, habelə investisiya fondlarının fəaliyyəti sahəsində dövlət tənzimlənməsinin və nəzarətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
Azərbaycan Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı qanun layihəsinin müddəlarını geniş şərh edib.
Müzakirələrdən sonra sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19