Rusiya Hərbi Kosmik Qüvvələri Əl-Baba Türkiyənin verdiyi koordinatlar əsasında zərbələr endirib.
Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.
O bildirib ki, bu koordinatlara əsasən, vurulacaq yerlərdə Türkiyə hərbçiləri olmamalı idi.
Qeyd edək ki, dünən Rusiya qırıcılarının Əl Babda bir binaya endirdiyi aviazərbələr nəticəsində 3 türk əsgəri şəhid olub. Bundan sonra Rusiya lideri Vladimir Putin türkiyəli həmkarı Ərdoğana zəng edərək, üzrxahlıq edib və başsağlığı verib.
Axar.az