Azərbaycan Liberal Partiyası Seçki Məcəlləsinə edilməsi nəzərdə tutulan dəyişikliklərlə bağlı bəyana verib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ALP hakimiyyətin bu addımını qətiyyətlə pisləyir. Azərbaycan və beynəlxalq ictimaiyyətin hakimiyyətdən seçkiyə dair demokratik islahatlar gözlədiyi halda seçki müddətinin azaldılması və namizədlərə ayrılan vəsaiti ləğv edir. ALP hesab edir ki, bu, Azərbaycan hakimiyyətinin siyasi və intellektual acizliyinin nəticəsidir. ALP iqtidarın atdığı bu addımı Azərbaycan xalqına və demokratiyaya vurduğu zərbə kimi dəyərləndirir. Hakimiyyət dərhal bu niyyətdən vax keçməli, seçki müddətini əvvəlki kimi 120 günə çatdırmalı, namizədlərə ayrılan vəsait nəinki ləğv olunmalı, əksinə dəfələrlə artırılmalıdır.