Neçə müddətdir ki, aralarında gərginlik yaşanan bəstəkarlar Nailə Mirməmmədli ilə Eldar Mansurov barışdılar. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, barışıq bu gün Space telekanalında Tale yolları verilişinin aparıcısı İlham Mirzəyevin kitabının təqdimat mərasimində baş verib. Belə ki, İlham Mirzəyev təqdimat mərasimində hər iki bəstəkardan küsülülüyə son verməyi xahiş edib. Onlar da aparıcının sözünü yerə salmayaraq, barışıblar.