"Azərbaycanda uğurlu gənclər modeli yaradılıb, mükəmməl qanunvericlik bazası formalaşdırılıb".

Mia.az  Trend-ə istinadən xəbər verir ki, bunu bunu 2 fevral - Gənclər Günü münasibətilə keçirilən tədbirdə Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov bildirib.

T.Süleymanov deyib ki, bu il Azərbaycanda Gənclər Gününün təsis olunmasının 20 ili tamam olur:

"O zaman keçmiş sovet ölkələrindən yalnız Rusiya və Ukraynada Gənclər Günü var idi. O zaman Gənclər Gününün təsis olunması ilə bağlı rayon təşkilatlarından çoxlu təkliflər aldıq. Təkliflər çox idi, onların arasında böyük qrup 2 fevralın Gənclər Günü elan edilməsini təklif edirdi və ölkə Prezidenti tərəfindən 2 fevralın Gənclər Günü elan edilməsi barədə fərman verildi".

T.Süleymanov deyib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra müdrik, düşünülmüş gənclər siyasəti həyata keçirilməyə başlanıldı. 1994-cü ildə isə Gənclər və İdman Nazirliyi yaradılıb.

PA rəsmisi qeyd edib ki, Gənclərin I forumundan sonra gənclərə diqqət 1-ə 5 artdı: "O zamandan indiyədək Azərbaycandan uğurlu gənclər siyasəti həyata keçirilir".