Milli Məclisin növbədənkənar iclasında İsrailin Türkiyə gəmilərinə hücumu da müzakirə mövzusu olub. Bu barədə çıxış edən millət vəkili Baba Tağıyev bildirib ki, İsrail tərəfinin Qəzzaya humanitar yardım aparan Türkiyə gəmilərinə hücum etməsini kəskin şəkildə pisləyir. Onun sözlərinə görə, İsrail bu, beynəlxalq hüquqazidd addımına görə cavab verməlidir.