Azərbaycan Mərkəzi Bankı hərrac yolu ilə yerləşdirmək istədiyi qısamüddətli notların həcmini 2 dəfə artırıb. 

Bu barədə Bakı Fond Birjasından Mia.az-a verilən məlumata görə, fevralın 1-də keçirəcəyi not hərracında 50 milyon manatlıq satış həyata keçirmək niyyətindədir. 

Qeyd edək ki, bu rəqəm yanvarın 26-da keçirilmiş hərracda 25 mln. manat olub.