Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbəti toplantısı keçirilmişdir. Toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilib. Müstəqil İnformasiya Agentliyinin DUİ SŞ 12 iyun mitinqinə hazırlığın vəziyyətini müzakirə edib, müvafiq qərar qəbul edib. 09 iyun 2010-cu il tarixdə DUİ Seçki Qərargahının toplantısını keçirmək barədə DUİ SŞ-da razılıq əldə olunub. 24 iyun 2010-cu il tarixində Türklük günü münasibətilə DUİ SŞ milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin məzarını ziyarət etmək xüsusi tədbir düzənləmək haqqında qərar qəbul edib. Böhran Masasında DUİ-dən iştirak edəcək üzvlərin siyahısı müəyyənləşdirilib. Toplantıda DUİ-yə daxil olan ? Klassik Xalq Cəbhəsi, Azadlıq, Böyük Azərbaycan, Xalq və Milli Qurtuluş partiyalarının rəhbərləri iştirak edib.