""Azneft" İstehsalat Birliyinin strukturuna daxil olan idarə və müəssisələrdə çalışan işçilərə tutguqları vəzifə dərəcələrinin aşağı salınması ilə əlaqədar ərizə yazdırırlar".

Mia.az xəbər verir ki, bunu Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı "Feysbuk"dakı səhifəsində bəyan edib.

Onun sözlərinə görə, məsələn, 5-ci dərəcəli çilingərə ərizə yazdırıb, dərəcəsinin aşağı, 3-dərəcəyə keçirilməsini xahiş edirlər: 

"Yaxud 12-ci dərəcəli mühəndisə 10-11-ci dərəcəyə keçirdilməsi ilə əlaqədar ərizə yazdırılır. İşçiləri narahat edən isə əmək haqlarının aşağı düşmə ehtimalıdır. Bununla əlaqədar araşdırma aparırıq".

Komitə sədri neftçilərə müraciət də edib: "Prosesi anlamadan,öyrənmədən, dəqiqləşdirmədən ərizə yazmağa tələsməyin!".

Mia.az