Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu axşam ölkə telekanalları vasitəsilə yenə xüsusi müraciət edəcək.

Trend-in məlumatına görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Planlaşdırılan çıxışın səbəbi və ya mövzusu barədə heç bir məlumat verilməyib.

Xatırladaq ki, Nazarbayev bir həftə əvvəl də xalqa müraciət etmişdi. O, həmin müraciətində hakimiyyəti hökumət və parlamentlə bölməyə hazır olduğunu bəyan elmişdi.

Mia.az