Bu gün Türkiyə ordusu Əl-Babda şəhid verib.
Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, İŞİD terrorçuları qəfil türk hərbçilərinə hücum edib.
Nəticədə 1 çavuş şəhid olub, ikisi yaralanıb. Şəhidin nəşi doğulduğu İzmir şəhərinə göndərilib.
Hadisədən dərhal sonra Türkiyə ordusu havadan İŞİD-ə qarşı qisas əməliyyatını genişləndirib. Nəticədə 18 terrorçu məhv edilib.
Mia.az