Donald Tramp administrasiyası Rusiyaya qarşı sanksiyaların ləğvi üçün lazım olan sənədləri hazırlayıb.
Bu barədə məlumatı "Atlantic Council" analitik mərkəzinin elmi əməkdaşı Fabris Potye özünün "Twitter” səhifəsində yazıb.
Bildirib ki, Moskva, Berlin və Vaşinqton arasında danışıqlar həftənin şənbə günü baş tutacaq.
Qeyd edək ki, Tramp administrasiyası isə Rusiyaya qarşı sanksiyaların ləğvi üçün prezident sərəncamını hazırlayıb.